TƏBİB: "Karantində olanlar azı iki dəfə yoxlanılır"

      TƏBİB:    "Karantində olanlar azı iki dəfə yoxlanılır"
  02 Aprel 2020    Oxunub:2916
35 min testin aparılması bu sayda insanın test olunması demək deyil.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, karantində olan şəxs iki dəfə, sağalanlar isə azı üç-dörd dəfə yoxlanılırlar.

“Epidemiyanın statistikasını aparan mütəxəssislər var. İlk gündən qərargahda bu işlə məşğul olan elmi işçilər, statistika aparanlar var. Həmin şəxslər respublikada virusun inkişafının stimulyasiyası ilə məşğul olurlar. Yəqin ki, bu, yaxınlarda açıqlanacaq. Hazırda mütəxəssislər ölkədə virusun nə vaxt pik həddə çatması üzərində işlər aparırlar".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koornavirus   test  





Xəbər lenti