Məcburi köçkünlər üçün yeni qəsəbələr tikiləcək

 Məcburi köçkünlər üçün yeni qəsəbələr tikiləcək
  02 Aprel 2020    Oxunub:3737
2020-ci ilin ilk aylarında inşası tamamlanacaq Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi ərazisində 645 fərdi evdən ibarət 3 qəsəbəyə və Füzuli rayonu ərazisində 95 həyatyanı sahəsi olan evlərdən ibarət yeni qəsəbəyə 2020-ci ilin birinci rübündə məcburi köçkünlərin köçürülməsinə başlanılacaq.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, 2020-ci ildə məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli məqsədilə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı şəhəri, Qaradağ rayonunda "Qobu Park-3" yaşayış kompleksində 1352 və "Qobu Park-4" yaşayış kompleksində 1300 mənzilin inşası nəzərdə tutulub.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi və Dövlət Neft Fondunun vəsaiti hesabına Abşeron rayonunda (Sumqayıt d/y st-nın yanı) 1890, Samux rayonunda 200, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində 800 mənzilli yaşayış kompleksləri inşa olunacaq.

Azərbaycan Respublikasının dövlət büdcəsində dövlət investisiya xərcləri üzrə ayrılmış vəsait hesabına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində 270, Abşeron rayonunda (Sumqayıt d/y st-nın yanı) 1152, Abşeron rayonun Ramana qəsəbəsində 1512, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsində 576 mənzilli yaşayış komplekslərinin və Bakı şəhəri Qaradağ rayonunda 180 mənzilli "Ümid-3" qəsəbəsinin inşası nəzərdə tutulub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Məcburi-köçkünə   Mənzil  





Xəbər lenti