SMS sisteminə yanlış məlumat göndərənlərə xəbərdarlıq edildi

  02 Aprel 2020    Oxunub : 4705
 SMS sisteminə yanlış məlumat göndərənlərə xəbərdarlıq edildi
Vətəndaşlar SMS sisteminə bilərəkdən yanlış məlumatlar göndərməsinlər.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Televiziyasında (AzTV) "Hədəf" verilişinin qonağı olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, vətəndaşlar 8103-ə aidiyyəti olmayan məzmunda informasiyalar verməkdən qəti şəkildə çəkinsinlər.

"Bu sistemin arxasında analitik monitorinq sistemi dayanır. Real vaxt rejimində daxil olan məlumatlar təhlil olunacaq. Sui-istifadə halları karantin rejiminin pozulması olaraq qiymətləndiriləcək və aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına məlumat veriləcək", - deyə Ülvi Mehdiyev vurğulayıb.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Yeni qaydalara əsasən, aprelin 5-dən etibarən Azərbaycanda vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS-lə məlumat verməli olacaqlar.

Azvision.az

Teqlər: ASAN-Xidmət   Ülvi-Mehdiyev