Yasa getməyə hansı halda icazə veriləcək? - RƏSMİ
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. Onun sözlərinə görə, icazə almaq üçün 8103 SMS xidmətinə məlumat göndərmək tələb olunur.
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.
Yeni qaydalara əsasən, aprelin 5-dən etibarən Azərbaycanda vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS-lə məlumat verməli olacaqlar.
Azvision.az