Elektron icazə sistemi sabahdan işə düşəcək

   Elektron icazə sistemi sabahdan işə düşəcək
  03 Aprel 2020    Oxunub:6340
Yeni qaydalar - hərəkət məhdudiyyətləri 5 aprel saat 00:00-dan 20 aprel saat 00:00-dək davam edəcək.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

Onun sözlərinə görə, icaze.e-gov.az portalı yalnız dövlət qurumları, habelə özəl təşkilatlar üçün nəzərdə tutulur: "Bu sistem sabahdan - aprelin 3-dən işə düşəcək. Vətəndaşların fərdi qaydada evdən çıxmaları isə yalnız müvafiq bildiriş kodunu 8103 nömrəsinə SMS göndərməklə təmin ediləcək. Bu sistem isə 5 aprel tarixindən işə düşəcək".

Azvision.az



Teqlər: ASAN-Xidmət  





Xəbər lenti