3500-ə yaxın təşkilat icazə sistemində qeydiyyatdan keçib

3500-ə yaxın təşkilat icazə sistemində qeydiyyatdan keçib
  03 Aprel 2020    Oxunub:2538
"Fəaliyyətinə icazə verilən qurumların əməkdaşlarının icazəsi üçün nəzərdə tutulan icaze.gov.az saytı bu gün saat 10:00-da fəaliyyətə başlayıb. Artıq icazələr portalına bu saata qədər 3500-ə yaxın təşkilat və qurum 6500-ə yaxın əməkdaş barədə məlumatı sistem üzərindən qeydiyyatdan keçirib".
Azvision.az xəbər verir ki, bunu Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

Onun sözlərinə görə, hazırda sistemdə müəyyən qədər yükləmə var:

"Bunun səbəbi odur ki, vətəndaşlar da icazə portalına daxil olaraq icazə almağa çalışırlar. Sistem üzərində iş gedir ki, daha mükəmməl olsun. Bu sistem çox qısa müddət ərzində hazırlanıb, bunun da səbəbi karantin rejimi ilə əlaqədar sürətli qərarların verilməsidir. Ancaq sayt dayanmayıb, yüklənmə olsa da, işləyir. İcazələr sistemindən yalnız fəaliyyətinə icazə verilən qurumlar qeydiyyatdan keçə bilər. Eyni zamanda, qurumlardan xahiş edirik ki, sistemə yalnız fəaliyyətinə icazə verdikləri əməkdaşlar barədə qeydlər etsinlər".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: İcazə   Sayt  





Xəbər lenti