İcazə alanlar şəxsi avtomobildən istifadə edə bilərlər

İcazə alanlar şəxsi avtomobildən istifadə edə bilərlər
  03 Aprel 2020    Oxunub:8316
"Fəaliyyətinə icazə verilən qurumlar əməkdaşları ilə bağlı məlumatı sistemə qeyd edəndə onların nəqliyyat vasitələri barədə məlumatları da göstərirlər. Həm fəaliyyətinə icazə verilən qurumların əməkdaşları, həm də vətəndaşlar öz şəxsi nəqliyyat vasitələrindən istifadə edə bilərlər”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

"Əsas məsələ budur ki, həmin şəxs icazə almış olsun. Eyni zamanda, bir avtomobillə bir neçə ailə üzvü gedəcəksə, hər biri üçün ayrı-ayrılıqda icazə alınmalıdır. Əgər alınmasa, bu, karantin rejiminin qaydalarının pozulması sayılacaq. Aidiyyatı qurumların müstəsna hüquqları var ki, istənilən nəqliyyat vasitəsini dayandırıb yoxlasın. Bütün hallarda yoxlanıla bilər, ancaq bu zaman icazəsi olmayan şəxslər avtomobildə olarsa, həmin şəxslərin karantin rejimini pozmasına görə cərimələnməsi mümkündür”,- deyə C. Salmanov bildirib.

Sədr müavini qeyd edib ki, vətəndaşlar icazə verilən 2 saat müddətində yaşadıqları şəhər və rayonun istənilən yerinə icazə aldıqları iş üçün gedə bilərlər:

"Məsələn, əgər vətəndaş Yasamalda yaşayırsa və aptekə getmək istəyirsə, icazə üçün verilən 2 saat müddətində Bakının digər rayonlarındakı aptekə də gedə bilər".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Ceyhun-Salmanov   İcazə  





Xəbər lenti