Bir gündə 158 mindən çox işçinin icazəsi təsdiqləndi

  04 Aprel 2020    Oxunub : 3411
 Bir gündə 158 mindən çox işçinin icazəsi təsdiqləndi
Əməkdaşlar üçün icazənin alınmasına görə dövlət və özəl təşkilatlar tərəfindən icaze.e-gov.az portalı üzərindən müraciətlərin ilk günü arxada qalıb.

Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.
O bildirib ki, proses bu gün, 3 aprel saat 10:00-da başlayıb. İlk gündə 11 min 986 qurumun 158 min 170 əməkdaşının icazəsi təsdiqlənib.

Qeyd edək ki, “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə ərsəyə gətirib.

Azvision.az

Teqlər: Qeydiyyat   İcazə   ASAN-Xidmət