ABŞ-da 7077 nəfər koronavirusun qurbanı oldu

ABŞ-da 7077 nəfər koronavirusun qurbanı oldu
  04 Aprel 2020    Oxunub:3864
ABŞ-da koronavirusa yoluxanların sayı artıb.
Azvision.az xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət oranlarının statistikası əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ölkədə koronavirusa yoluxanların sayı 273 minə çatıb, 7077 nəfər infeksiyanın qurbanı olub, 9,5 min xəstə sağalıb.

ABŞ ərazisində ən böyük ölüm faizi və yoluxma Nyu-York şəhərində qeydə alınıb. Belə ki, ümumilikdə şəhərdə koronavirusa 57 159 yoluxma və 1 867 ölüm hadisəsi qeydə alınıb.

Azvision.az


Teqlər: Virus   ABŞ  





Xəbər lenti