Baş toksikoloq: “Dəm qazından zəhərlənmələr azalıb”

 Baş toksikoloq:  “Dəm qazından zəhərlənmələr azalıb”
  04 Aprel 2020    Oxunub:2256
Dəm qazı ilə zəhərlənmələr azalıb. Son günlər bununla əlaqədar müraciətlər olmur. Olanlara isə evdə yardım edilir.
Bunu Azvision.az -a açıqlamasında ölkənin baş toksikoloqu, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib.

Onun sözlərinə görə, aprelin 1-dən bu günə qədər 2 nəfər sirkə turşusu zəhərlənməsi ilə bağlı müraciət edib.

“Hazırda şöbədə 8 xəstə var. Onlardan 2-si sirkə turşusu zəhərlənməsi, 3-ü dərman zəhərlənməsi, 3-ü isə allergik reaksiya ilə əlaqədar müraciət edənlərdir. Onların müalicəsi davam edir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Dəm-qazı   Zəhərlənmə  





Xəbər lenti