194 mindən çox işçinin evdən çıxmasına icazə verildi

194 mindən çox işçinin evdən çıxmasına icazə verildi
  04 Aprel 2020    Oxunub:4148
Xüsusi karantin rejimi ilə əlaqədar Elektron Hökümət Portalına (icaze.e-gov.az) 4 aprel saat 09:00-a qədər olan məlumata əsasən, 13 min 734 qurum tərəfindən 199 min 843 icazə daxil edilib.
Azvision.az portala istinadən bildirir ki, qurum tərəfindən 194 min 796 icazə təsdiqlənib. Ümumilikdə, 73 min 623 maşın üçün icazə verilib.

Qeyd edək ki, “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ni Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi Daxili İşlər Nazirliyi ilə birgə ərsəyə gətirib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Karantin   İcazə  





Xəbər lenti