Karantin rejimini pozanlara qarşı tədbirlər görülür - FOTOLAR

  05 Aprel 2020    Oxunub : 3426
 Karantin rejimini pozanlara qarşı tədbirlər görülür - FOTOLAR
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər icra olunur.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbi qulluqçuları ilə birgə paytaxt ərazisində xidmətlərini davam etdirirlər.



DİN əməkdaşları tərəfindən koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.



Xüsusi karantin rejim qaydalarını pozan şəxslər aşkar olunur və onlara müvafiq tədbirlər görülür.

Üzərində müvafiq icazəsi sənədi olan və SMS xidmətindən istifadə edib, icazə alan şəxslərin sənədləri yoxlanıldıqda, həmin sənədlər qanunvericiliyə uyğundursa, onlar sərbəst buraxılır.













Azvision.az

Teqlər: Bakı   Polis