İcazə portalına 188 taksi sürücüsü barədə məlumat yerləşdirilib

İcazə portalına 188 taksi sürücüsü barədə məlumat yerləşdirilib
  06 Aprel 2020    Oxunub:2554
Taksi fəaliyyəti göstərmək üçün mart ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən müraciətləri əsasında "Fərqlənmə nişanı" əldə edən şəxslər barədə məlumatların "icaze.e-gov.az" portalına daxil edilməsi üzrə işlər davam edir.
Bunu Azvision.az -a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, indiyədək Xidmət tərəfindən taksi xidməti göstərən 188 nəfər barədə məlumat portala yerləşdirilib.

Azvision.az



Teqlər: DANX  





Xəbər lenti