Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub
  06 Aprel 2020    Oxunub:2323
Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 55 m² olan 3 otaqlı mənzilin bir otağında yataq dəsti 4 m² sahədə və ev əşyaları qismən yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yüksək temperaturdan otağın pəncərə çərçivəsi qarsalanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti