Mağazaya oğurluğa girən gənc qətlə yetirildi

 Mağazaya oğurluğa girən gənc qətlə yetirildi
  06 Aprel 2020    Oxunub:3630
Tovuz rayonunda qətl hadisəsi baş verib.
Azvision.az -ın məlumatına görə, hadisə rayonun Abulbəyli yaşayış massivində qeydə alınıb. Rayonun Bozalqanlı kənd sakini, 1992-ci il təvəllüdlü Mehdiyev Elnur Valeh oğlu Abulbəyli kənd sakini, 1984-cü il təvəllüdlü Sultanov Aftandil Mahir oğlunun həyətindəki mağazaya oğurluğa girib.

A.Sultanov mağazadakı kamera vasitəsilə onu görüb və evdən bıçaq götürərək mağazaya gəlib. A.Sultanov mağazanın giriş qapısında E.Mehdiyevlə rastlaşıb və nəticədə əlbəyaxa dava düşüb. Dava zamanı A.Sultanov E.Mehdiyevin ürəyindən bir-neçə bıçaq zərbəsi vurub. Daha sonra E.Mehdiyev Ə.Cavad küçəsi istiqamətində qaçıb.

Səhər saatlarında E.Mehtiyevin meyiti Ə.Cavad küçəsindəki kanaldan tapılıb.

A.Sultanov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Azvision.az



Teqlər: Qətl  





Xəbər lenti