Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlanıb

  06 Aprel 2020    Oxunub : 6211
 Naxçıvanda 18 nəfərdə koronavirus aşkarlanıb
Azərbaycanda tətbiq olunan karantin rejiminə uyğun olaraq 2 896 nəfər Naxçıvan Muxtar Respublikasında nəzarətdə saxlanılır.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir.

“Bu günə qədər 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”, - deyə məlumatda qeyd olunub.

Azvision.az

Teqlər: Naxçıvan   Koronavirus