Gənclər “Tələbə baharı”na dəvət olunur

Gənclər “Tələbə baharı”na dəvət olunur
  06 Aprel 2020    Oxunub:2588
Gənclər və İdman Nazirliyi yaradcı və istedadlı tələbələri 1-10 aprel 2020-ci il tarixlərində keçiriləcək " Tələbə baharı" Xlll Ümumrespublika tələbə yaradıcılığı festivalının online seçim mərhələlərinə qatılmağa dəvət edir.
Nazirliyin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, gənclər musiqi (janrlar üzrə), xalq mahnıları, klassik musiqi (vokal), estrada musiqisi, pop musiqisi, Muğam, Rok və rəqs (janrlar üzrə), milli rəqslər (solo), müasir rəqslər (solo), dünya xalqlarının rəqsləri üzrə festivalda iştirak edə bilər.

Festivalın Qala konserti 2020-ci ilin may ayının 29-da keçiriləcək.

Əlaqə nömrəsi: 070 668 08 02


Azvision.az



Teqlər: Gənclər   Festival  





Xəbər lenti