Paytaxtda qadına qarşı soyğunçuluq edilib

Paytaxtda qadına qarşı soyğunçuluq edilib
  06 Aprel 2020    Oxunub:1909
Bakıda soyğunçuluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aprelin 4-də Zabrat qəsəbə sakini G.Zəkiyevanın 300 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məmmədov Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti