Saray sakini sükan arxasında dünyasını dəyişdi

 Saray sakini sükan arxasında dünyasını dəyişdi
  06 Aprel 2020    Oxunub:2805
Saray sakini öz avtomobilində dünyasını dəyişib.

Bu barədə Azvision.az -a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, Abşeron rayon, Saray qəsəbə sakini 1950-ci il təvəllüdlü M. Abbasov "VAZ 2107" markalı 10 EC 666 dövlət nömrəli avtomobildə Saray qəsəbəsindən Sumqayıt şəhəri istiqamətində hərəkət edirmiş.
Saray qəsəbəsi ilə Sumqayıt şəhəri arasında qurulmuş buraxılış məntəqəsinin yaxınlığında sürücünün halı pisləşib və o, sükan arxasında dünyasını dəyişib.

Avtomobildə M.Abbasov ilə yanaşı onun 1979-cu il təvəllüdlü oğlu Z.Abbasov da olub.

İlkin məlumata görə, M.Abbasov qaraciyər çatışmazlığından əziyyət çəkib, uzun illər dializ xəstəsi olub. O evdən 1 saylı Sumqayıt Şəhər Xəstəxanasına getmək üçün çıxıbmış.

Faktla bağlı Abşeron prokurorluğunda araşdırma aparılır.

Azvision.az


Teqlər: Avtomobil   Saray   Qəsəbə  





Xəbər lenti