Naxçıvanda komandir hazırlığı sistemində məşğələlər keçirilib

  06 Aprel 2020    Oxunub : 2002
Naxçıvanda komandir hazırlığı sistemində məşğələlər keçirilib
“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində məşğələlər keçirilib.
Azvision.az Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin əməliyyat hazırlığına və bölmələrin idarə edilməsində praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Tabor, divizion komandirləri və müavinlərinə əməliyyat-taktiki hesablamaların aparılmasının qoşunların fəaliyyətinin planlaşdırılmasında və qərarın qəbul edilməsində vacibliyi göstərilib.

Zabitlər bölmələrin və atəşin idarəolunması üzrə keçirilən göstərici taktiki təlimdə iştirak ediblər.

Azvision.az

Teqlər: Naxçıvan