İki ömürlük məhkum azadlığa çıxdı

   İki ömürlük məhkum azadlığa çıxdı
  07 Aprel 2020    Oxunub:2633
"Əfv sərəncamı ilə ömürlük həbs cəzasına məhkum edilmiş 2 nəfər azadlığa çıxıb".

Azvision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi yanında cəzaçəmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, həmin şəxslərdən biri 20 il, digəri isə 25 il cəza çəkib: "Bundan başqa, 2 nəfər Nardaran hadisələrinə görə həbs olunan şəxs əfvə düşüb".

Azvision.az


Teqlər: Ömürlük   Məhkum   Azadlıq  





Xəbər lenti