Koronavirusa görə modul tipli xəstəxanalar quraşdırılacaq - SƏRƏNCAM

  07 Aprel 2020    Oxunub : 2672
 Koronavirusa görə modul tipli xəstəxanalar quraşdırılacaq - SƏRƏNCAM
Prezident İlham Əliyev koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, hər birində 200 çarpayı olan modul tipli 6 (altı) xəstəxananın quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 14,8 milyon (on dörd milyon səkkiz yüz min) manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ayrılıb.

Azvision.az

Teqlər: Prezident   İlhamƏliyev   Sərəncam