Bu şəxslərə birdəfəlik ödəmə verilməyəcək - Nazir açıqladı

Bu şəxslərə birdəfəlik ödəmə verilməyəcək -  Nazir açıqladı
  07 Aprel 2020    Oxunub:7739
"Sosial şəbəkələrdə 190 manat birdəfəlik ödəmə ilə bağlı qeyri-ciddi məlumatlar paylaşılır".

Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazirin sözlərinə görə, birdəfəlik ödəmə işsiz şəxslərə, ailələrə dəstək məqsədilə veriləcək.
"Əgər ailənin bir üzvünün əmək müqaviləsi varsa, o ailədən kimsə birdəfəlik yardım almayacaq. Burada şərtlər məlumdur ki, işsiz şəxslərə verilir. Müraciətlər yoxlanılır. İki gün ərzində qəbul edilən müraciətlərdən 60 faizi haqqı olmayan insanların müraciətidir. Əmək müqaviləsi ilə çalışan, sahibkarlıqla məşğul olanlar, tələbələr birdəfəlik ödəmə ala bilməzlər”, - deyə nazir vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏƏSMN   Sahil-Babayev  





Xəbər lenti