Bakı polisi karantin rejiminə belə nəzarət edir - FOTOALR

  07 Aprel 2020    Oxunub : 4455
 Bakı polisi karantin rejiminə belə nəzarət edir - FOTOALR
Bakıda xüsusi karantin rejimi qaydalarının pozulması hallarına qarşı nəzarət tədbirləri davam etdirilir. Gücləndirilmiş rejimdə çalışan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxtda müvafiq icazə olmadan hərəkət edən şəxslər yoxlanılır.
Azvision.az xəbər verir ki, karantin rejimi qaydalarını pozan vətəndaşlar müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.

Vətəndaşların bir daha nəzərinə çatdırılır ki, ölkədə tətbiq olunmuş xüsusi karantin rejimi əhalinin sağlamlığının qorunması və ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

















FOTO: Şahin Sərdarov
Azvision.az

Teqlər: Polis   Karantin