“Sevincimin həddi-hüdudu yoxdur” - Əfv olunan qadın

   “Sevincimin həddi-hüdudu yoxdur” -    Əfv olunan qadın
  08 Aprel 2020    Oxunub:4458
“Əfv siyahısında adımın olduğunu eşidəndə çox sevindim. On bir il həbs cəzası almışdım. Onun 7 ilindən çoxunu çəkmişəm. Prezidentimiz cəzamın qalan hissəsini bağışladı. Buna görə sevincimin həddi-hüdudu yoxdur”.
Azvision.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan Telbəin Salmanova deyib.

"Cəzamın çəkilməmiş hissəsindən azad edildiyim üçün Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Çox sevinirəm ki, dövlətimizin başçısı bu cür humanist addım ataraq bizə azadlıq bəxş etdi", - deyə qadın əfv olunması ilə bağlı təəssüratlarını bölüşüb.

Xatırladaq ki, aprelin 6-da Prezident İlham Əliyev tərəfindən “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalanıb. Dövlət başçısı bu sərəncamı dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb.

Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv olunan şəxslər bu gün cəzaçəkmə müəssisələrindən evlərinə buraxılıblar.

Azvision.az


Teqlər: Əfv   Sərəncam   Həbsxana   Məhkum  





Xəbər lenti