İki evdən oğurluq edən şəxs ələ keçdi

İki evdən oğurluq edən şəxs ələ keçdi
  08 Aprel 2020    Oxunub:1904
Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-dən 7-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 1500 manat dəyərində televizor oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Z.Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun daha bir evdən 3000 manat dəyərində televizor, “Wi-Fi” aparatı və tikiş maşını oğurlaması da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti