Sosial yardım alan ailələrin sayı artıb

 Sosial yardım alan ailələrin sayı artıb
  08 Aprel 2020    Oxunub:3337
Son 10 gündə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayında 13,2 faiz artım qeydə alınmaqla, bu yardımı alan ailələrin sayı 9100 ailə artıb. Hazırda 78 130 (330 minədək ailə üzvü) ailə sosial yardım alır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a verilən məlumata görə, hər ailəyə düşən yardımın məbləği 222 manata çatıb.

Qeyd edək ki, dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb.

Azvision.az



Teqlər: ƏƏSMN   Sosial   Yardım   Nazirlik  





Xəbər lenti