“15 mindən artıq vətəndaş ölkəyə gətirilib” - Hikmət Hacıyev

“15 mindən artıq vətəndaş ölkəyə gətirilib” -  Hikmət Hacıyev
  08 Aprel 2020    Oxunub:3626
"Xaricidə yaşayan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu günə qədər 15 mindən artıq vətəndaş ölkəyə gətirilib".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi qeyd edib ki, vətəndaşlar dövlət tərəfindən maliyyələşdirilən çarter reysi ilə ölkəyə gətirilib: "Xaricdəki vətəndaşların ölkəyə gətirilməsində müəyyən çətinliklər olmuşdu. Yaranmış vəziyyətlə bağlı həmin vətəndaşlara göstərdikləri təmkinə, anlayışa görə təşəkkür edirik. Unutmasınlar ki, dövlət hər zaman öz vətəndaşının yanındadır".

Kənan Məmmədov
Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti