Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı xəbərdarlıq
Bu cür hallara yol vermiş hüquqi və fiziki şəxslərdən 2020-ci il 9 aprel tarixindən etibarən icaze.e-gov.az portalından aşağıdakı şəxslərin icazələrinin ləğv edilməsi tələb olunur:
- xidmət və ya əmək müqaviləsi olmayan şəxslərin;
- fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan işçiləri istisna olmaqla, digər işçilərinin;
- yaşı 65-dən yuxarı olan, karantin rejiminində öz yaşayış yerini tərk etməsi ilə bağlı məhdudiyyət qoyulmuş işçilərinin.
Eyni zamanda, hüquqi və fiziki şəxslərdən tələb olunur ki, xüsusi karantin rejimi dövründə fəaliyyətini iş yerindən davam etdirmələri zəruri olan işçilərinin say həddini müəyyən etsinlər və işə gəlməsi vacib olmayan, fəaliyyətini evdən davam etdirən digər işçilərinin icazələrini portaldan silsinlər.
2020-ci il 10 aprel tarixindən başlayaraq karantin rejimi qaydalarına zidd olan icazələr portaldan avtomatik rejimdə ləğv ediləcək, eləcə də yuxarıda qeyd olunan tələblərə əməl etməyən hüquqi və fiziki şəxslər barəsində hüquq mühafizə orqanlarına məlumat veriləcəkdir.
Azvision.az
Teqlər: ASAN-Xidmət