Azərbaycanda 2 yaşlı uşaq koronavirusa yoluxub

Azərbaycanda 2 yaşlı uşaq koronavirusa yoluxub
  08 Aprel 2020    Oxunub:6859
"Ötən həftə ərzində karantin qaydalarına əməl etməməyin nəticəsi olaraq, bu gün yoluxma sayı artıb. Karantin rejimini pozan şəxslərin sayı hələ də çoxdur".
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bir nəfər 30-60 nəfəri virusa yoluxdura bilər:

“Əgər qaydalara yenə də əməl edilməsə, daha ciddi tədbirlər üçün hökumətə müraciət edəcəyik. Bizdə 2 yaşdan başlamış 89 yaşa qədər xəstələr var. Gənclər arasında yoluxmanı ağır keçirənlər də var. Yoluxma zənciri qırılsa, normal həyata daha tez qayıtmaq olar.”

Azvision.az



Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti