“Qiymətin qalxmasından söhbət gedə bilməz” - İbrahim Məmmədov

“Qiymətin qalxmasından söhbət gedə bilməz” -   İbrahim Məmmədov
  08 Aprel 2020    Oxunub:3886
Bazar iqtisadiyyatında tələb-təklif amilləri qiyməti müəyyənləşdirir. Ölkədə situasiya elədir ki, tələbə əsasən təklifin artması mümkündür. Lakin qiymətin qalxmasından söhbət gedə bilməz.

Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O bildirib ki, maskaların qiyməti optimal həddə qalacaq: “Qiyməti tənzimləməyin ən yaxşı yolu istehsalı artırmaqdır. Yeni müəssisənin gücü 200 mindir və idxal da davam edir. Əgər tələb çoxalarsa, istehsalı artırmaq imkanı var. Xüsusi karantin rejimi evdə qalmağı tələb edir. Evdə qalsaq, maska və tibbi spirtə ehtiyacımız da azalır”.

İ.Məmmədovun sözlərinə görə, xəstəlik haqqında kifayət qədər məlumatlı olan dövlət rəhbərliyi bunun ciddiliyini nəzərə alır və lazım gəldikdə bütün tədbirlər görüləcək ki, ölkənin təhlükəsizliyi təmin edilsin.

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazirlər-Kabineti  





Xəbər lenti