Tibb işçiləri arasında koronavirusa yoluxanlar var

 Tibb işçiləri arasında koronavirusa yoluxanlar var
  08 Aprel 2020    Oxunub:3602
“Tibb işçiləri arasında koronavirusa yoluxma halları mövcuddur”.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu hallar pandemiya ilə məşğul olmayan xəstəxanalarda baş verib.

“Tibb müəssisəsində çalışan, xüsusilə orta tibbi personal işinə düzgün yanaşmadıqda belə hallar baş verir. Tibb işçilərinin özlərinin qoruması üçün təlimatlar hazılamışıq. Risklər tibb işçilərini gözləyir. Tibb işçiləri arasında yoluxma hallarının sayı digər ölkələrlə müqayisədə çox deyil. Pandemiya xəstəxanaları lazımi vasitələrlə təhciz olunub. Digər xəstəxanalarda olan çatışmazlıqlar isə sürətlə aradan qaldırılır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti