“Zərərə məruz qalmış sahələr müəyyənləşdirilib” - Mikayıl Cabbarov

   “Zərərə məruz qalmış sahələr müəyyənləşdirilib” -    Mikayıl Cabbarov
  08 Aprel 2020    Oxunub:3501
Koronavirus pandemiyası ilə əlaqədar sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi Tədbirlər Planına əsasən, sahibkarlara və onların işçilərinə koronavirus pandemiyasından dəyən zərərin ödənilməsi proqramına bu gündən start verilir.
Azvision.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, proses 3 mərhələyə bölünüb.

"İlkin mərhələdə, hədəf pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi və mikro sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsidir".

Nazir qeyd edib ki, pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınmasına hesablanan bu proqram 300 min işçi, 42 min işəgötürən və bundan əlavə, təxminən 300 min fərdi və ya mikro sahibkarı əhatə edəcək.

"Bunun üçün zərərə məruz qalmış sahələr və zəruri meyarlar müəyyənləşdirilib. Dövlət muzdlu işçilərin əməkhaqqının saxlanmasına 215 milyon manat həcmində maliyyə dəstəyi ayırıb. Bu məbləğ 2 bərabər hissəyə bölünərək aprel və may aylarında ödəniləcək. Bu ödənişlərdən əlavə dövlət sosial sığorta ayırmaları da hesablanaraq ödəniləcək. Əsas məqsəd hər bir işçinin gələcək sosial müdafiəsinin təmin edilməsidir ki, perspektivdə pensiya ilə bağlı hər hansı problem yaşanmasın".

Azvision.az


Teqlər: MikayılCabbarov  





Xəbər lenti