Naxçıvanda pensiya ödənişləri başa çatdırılıb

Naxçıvanda pensiya ödənişləri başa çatdırılıb
  09 Aprel 2020    Oxunub:2106
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu hər ay olduğu kimi, aprel ayında da əhaliyə əmək pensiyalarının ödənişinin maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.
Fonddan Azvision.az -a verilən məlumata görə, pensiyaçılar pensiyalarını plastik bank kartları vasitəsilə ən yaxındakı bankomatlardan və kənd yerlərində yaşayan pensiyaçıların istəkləri nəzərə alınaraq poçt bölmələrindən ala bilərlər.

Qeyd edək ki, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin də vaxtından əvvəl maliyyələşdirilməsi üçün müvafiq işlər görülür.

Azvision.az


Teqlər: Naxçıvan   Pensiya  





Xəbər lenti