“Biz bu ağır sınaqdan az itkilərlə çıxmalıyıq” - Baş Nazir

  09 Aprel 2020    Oxunub : 2004
 “Biz bu ağır sınaqdan az itkilərlə çıxmalıyıq” - Baş Nazir
“Koronavirusla bağlı təsdiq olunmuş Tədbirlər Planı vaxtında icra ediləcək”.
Azvision.az xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu ildəki fəaliyyəti haqqında videohesabatında deyib.

Baş Nazir bildirib ki, məhdudlaşdırıcı tədbirlərin görülməsi, qərarların qəbul edilməsinin bir məqsədi var, o da vətəndaşlarımızın sağlamlığının qorunmasıdır:

“Biz bu ağır sınaqdan az itkilərlə çıxmalıyıq. Hesab edirəm ki, bunun öhdəsindən gələcəyik və sınaqdan üzüağ çıxacağıq”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Əli-Əsədov