Deputat Naxçıvandakı fonda 3 min manat köçürdü

  09 Aprel 2020    Oxunub : 1276
Deputat Naxçıvandakı fonda 3 min manat köçürdü
Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət qurumlarının kollektivləri, hüquqi və fiziki şəxslər tərəfindən vəsaitlərin köçürülməsi davam edir.
Azvision.az məlumatına görə, fonda vəsait köçürənlər arasında 2 saylı Şərur seçki dairəsinin deputatı İsa Həbibbəyli də var. Belə ki, İ.Həbibbəyli fonda 3000 manat ianə edib.

Qeyd edək ki, fond Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 24 mart tarixli fərmanı ilə yaradılıb. Hazırda fondun hesabında ümumilikdə 4 milyon 407 min 206 manat vəsait vardır.

Azvision.az

Teqlər: Naxçıvan   Deputat