Saatlıda karantin rejimini pozan şəxs aşkarlanıb

  09 Aprel 2020    Oxunub : 1304
Saatlıda karantin rejimini pozan şəxs aşkarlanıb
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları inzibati ərazilərdə xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən bərbərxana aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Samir İsmayılov barəsində isə qanunamüvafiq qaydada tədbir görülüb.

Azvision.az

Teqlər: DİN