“Biz birlikdə koronavirusa qalib gələcəyik” - Prezidentin köməkçisi (VİDEO)

 “Biz birlikdə koronavirusa qalib gələcəyik” -  Prezidentin köməkçisi (VİDEO)
  10 Aprel 2020    Oxunub:4436
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı tərəfindən “Təmiz əllər” kampaniyası keçirilib. Kampaniyanın məqsədi əlləri mütəmadi olaraq düzgün qaydada sabunla yumaq və diqqəti koronavirusla mübarizəyə yönəltmək olub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlıdan estafeti qəbul edən Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer kampaniyada iştirak edib və estafeti Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə ötürüb.



Kampaniyada iştirak edən Hikmət Hacıyev ÜST tərəfindən qlobal pandemiyanın elan olunduğunu və bu mübarizədə hər kəsin evdə qalmasını, gigiyena qaydalarına riayət etməsini, o cümlədən sosial izolyasiyada olmasını və məsafə saxlamasını vacib şərtlərdən biri kimi vurğulayıb. Həmçinin, koronavirus üçün xarakterik simptomlar olan quru öskürək, yüksək hərarət və s. kimi halların müşahidə olunması zamanı vətəndaşlarımızı təcili tibbi yardıma müraciət etməyə səsləyib.

H.Hacıyev öz çağırışında bildirib ki, ÜST tərəfindən vacib tövsiyələrdən biri olan gigiyena qaydalarına və bu xüsusda da əllərin düzgün qaydada yuyulmasına riayət edilməsi mühüm məqamlardan biridir. O, kampaniyanı bu ifadələrlə başa çatdırıb: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Biz birlikdə güclüyük” və biz birlikdə koronavirusa qalib gələcəyik”.

Azvision.az


Teqlər: Təmiz-əllər   Prezidentin-Köməkçisi   Hikmət-Hacıyev  





Xəbər lenti