Mingəçevirdə ağır qəza: Ölən və yaralı var

Mingəçevirdə ağır qəza:    Ölən və yaralı var
  10 Aprel 2020    Oxunub:3888
Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Mingəçevir şəhəri ərazisində şəhər sakini R.Səfərovun idarə etdiyi “Mercedes” və Gədəbəy rayon sakini H.Hüseynovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub, zərbədən H.Hüseynov idarəetməni itirərək yolun hərəkət hissəsində velosiped sürən şəhər sakini Elman Abdulovu vurub.

Nəticədə E.Abdulov və R.Səfərov xəstəxanaya yerləşdiriliblər, velosipedçi orada ölüb. Hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti