Karantini pozanlar peşman olduqlarını etiraf etdilər

  10 Aprel 2020    Oxunub : 1298
Karantini pozanlar peşman olduqlarını etiraf etdilər
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Quba RPŞ əməkdaşları tərəfindən inzibati ərazilərində xidmət aparan zaman qaydalara riayət etməyərək, xüsusi icazə olmadan səbəbsiz yerə evdən çölə çıxan, eləcə də lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edən şəxslər aşkarlanaraq barələrində qanuna müvafiq qaydada tədbirlər görülüb.

Həmin şəxslər karantin rejimini pozduqlarına görə səmimi peşman olduqlarını bildiriblər.

Azvision.az

Teqlər: DİN   Quba   Karantin