Ölkədə koronavirusa yoluxanların sayı 991-ə çatdı

  10 Aprel 2020    Oxunub : 1828
 Ölkədə koronavirusa yoluxanların sayı 991-ə çatdı
İndiyədək Azərbaycanda 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, onlardan 159 nəfəri müalicə olunaraq sağalıb, 10 nəfər vəfat edib, 822 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 61342 test aparılıb.

Azvision.az

Teqlər: Qərargah   Koronavirus