Son bir ayda 106 cinayətkar qrup zərərsizləşdirilib - RƏSMİ

  10 Aprel 2020    Oxunub : 1911
 Son bir ayda 106 cinayətkar qrup zərərsizləşdirilib - RƏSMİ
Polis özünün qanunla müəyyən edilmiş cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı fəaliyyətini davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, son bir ayda qeydə alınmış 1186 cinayətin böyük əksəriyyəti açılıb, 1860 nəfər məsuliyyətə cəlb edilib.

Bundan başqa, axtarışda olan 485 şəxs tutulub, 106 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 260 kiloqram narkotik vasitə çıxarılaraq bu əməllərə görə 353 nəfər məhkəmə məsuliyyətinə verilib.

Azvision.az

Teqlər: DİN