Məmmədyarovla Lavrov telefonla danışdı

  10 Aprel 2020    Oxunub : 2157
Məmmədyarovla Lavrov telefonla danışdı
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, tərəflər mövcud vəziyyəti və hər iki dövlətin COVID-19 ilə mübarizə çərçivəsində gördüyü tədbirləri müzakirə ediblər:

"Nazirlər gələn həftə Azərbaycan və Rusiya əməkdaşlığının gündəliyindəki məsələlər ətrafında daha geniş müzakirələrin aparılmasına dair razılığa gəliblər".

Azvision.az

Teqlər: XİN   Məmmədyarov   Lavrov