İşsizlərin qeydiyyatı və birdəfəlik ödəmə ilə bağlı VİDEO

  10 Aprel 2020    Oxunub : 4030
İşsizlərin qeydiyyatı və birdəfəlik ödəmə ilə bağlı VİDEO
İşsiz şəxslərin qeydiyyatı və birdəfəlik ödəmə ilə təminatı qaydası üzrə videoçarx hazırlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azvision.az -a bildirilib ki, işsiz şəxslərin qeydiyyatı və birdəfəlik ödəmə ilə təminatı qaydası videoçarx formatında təqdim edilib.



Qeyd edək ki, bu gündən işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanıb. İlk olaraq 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.

Onların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək. Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, SMS-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

Ödəmələrin verilməsi gündəlik davam edəcək və qeydiyyata alınan digər işsiz şəxslər də bu ödənişlə təmin ediləcəklər.

Azvision.az

Teqlər: ƏƏSMN   İşsiz