Helikopter bölmələri uçuş məşqləri keçirir - VİDEO+FOTOLAR

 Helikopter bölmələri uçuş məşqləri keçirir -    VİDEO+FOTOLAR
  11 Aprel 2020    Oxunub:4670
Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri uçuş məşqləri keçirir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, məşqlərin praktiki hissəsində bazalanma aerodromlarından uçuşlar edən helikopterlər poliqonlarda şərti düşmənin yer hədəflərini döyüş atışları ilə məhv edir.

Qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.









Azvision.az


Teqlər: HHQ   Helikopter  





Xəbər lenti