Bakıda havanın çirklənmə səviyyəsi xeyli azalıb

 Bakıda havanın çirklənmə səviyyəsi xeyli azalıb
  11 Aprel 2020    Oxunub:3094
Paytaxtda havanın çirklənmə səviyyəsində xeyli azalma müşahidə edilir.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, paytaxtda koronavirus səbəbindən tətbiq edilən karantin rejimi ilə əlaqədar nəqliyyat vasitələrinin sayında müşahidə olunan azalma şəhərin ekoloji durumuna müsbət təsir etməkdədir. Belə ki, paytaxtda havanın çirklənmə səviyyəsində xeyli azalma müşahidə edilir. Xüsusi karantin rejimi çərçivəsində hərəkətə tətbiq edilən məhdudiyyətlər havadakı zərərli qaz və tulantıların həcminin azalmasına səbəb olub.

Paytaxtın bəzi küçə və prospektlərindəki işıqforlarda quraşdırılan hava keyfiyyət indeksi sensorlarının qeydə aldığı nəticələrə görə:

- Yeni il tətili günlərində Bakı şəhərinin havasında PM2.5 sərt hissəciklərdə azalma 27 faiz olubsa, koronavirusla bağlı tədbirlər zamanı bu azalma 50 faiz təşkil edib.

- PM10 sərt hissəcikləri isə yeni il tətilində 50 faiz, karantin dövründə 70 faizədək enib

- Karbon monoksid yeni ildə 40 faiz, karantin rejimində 60 faizə qədər azalıb

- Azot dioksidin həcmi yeni ildə 20 faiz, karantin dövründə isə 40 faiz təşkil edib

- Metan qazının yeni ildə 30 faiz olan həcmi karantin rejimində 45 faizə qədər azalıb

- Kükürd oksidinin həcmi yeni ildə 70 faiz, karantin dövründə isə 90 faiz təşkil edib.

Azvision.az


Teqlər: Bakı   Hava   BNA  





Xəbər lenti