“Xalqımızın həmrəy olmaq bacarığı hər birimizə qürur hissi yaşadır” - Mehriban Əliyeva

 “Xalqımızın həmrəy olmaq bacarığı hər birimizə qürur hissi yaşadır” -    Mehriban Əliyeva
  11 Aprel 2020    Oxunub:4376
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin əməkdaşları aprelin 11-də keçirilən qanvermə aksiyasında iştirak ediblər.
Azvision.az-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində bununla əlaqədar paylaşım edib.

Paylaşımda deyilir: “Şəfqət, mərhəmət, humanizm, səxavət, xoş əməllər etmək, köməyə ehtiyacı olanın yanında olmaq kimi keyfiyyətlər həmişə bizim ən mühüm həyati dəyərlərimiz olmuşdur və bu gün də belədir. Bütün dünyanı sarsıtmış koronavirus pandemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxtda xalqımızın həmrəy olmaq, insansevərlik nümayiş etdirmək, diqqət və qayğı göstərmək bacarığı hər birimizə ancaq qürur hissi yaşadır. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı tərəfindən keçirilmiş qanvermə aksiyasında könüllü olaraq iştirak edən Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin əməkdaşlarına təşəkkürümü bildirirəm. Siz bu nəcib əməlinizlə bir insan həyatının xilaskarı olursunuz. Bu, ən yüksək qiymətə layiqdir! Əminəm ki, sizin təşəbbüsünüz bu məsələyə laqeyd yanaşmayan və ölkəmizin yaxşılıq etməyə hazır olan bütün vətəndaşları tərəfindən dəstəklənəcəkdir! Çox sağ olun!”.

Посмотреть эту публикацию в Instagram

Şəfqət, mərhəmət, humanizm, səxavət, xoş əməllər etmək, köməyə ehtiyacı olanın yanında olmaq kimi keyfiyyətlər həmişə bizim ən mühüm həyati dəyərlərimiz olmuşdur və bu gün də belədir. Bütün dünyanı sarsıtmış koronavirus pandemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxtda xalqımızın həmrəy olmaq, insansevərlik nümayiş etdirmək, diqqət və qayğı göstərmək bacarığı hər birimizə ancaq qürur hissi yaşadır. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı tərəfindən keçirilmiş qanvermə aksiyasında könüllü olaraq iştirak edən Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin əməkdaşlarına təşəkkürümü bildirirəm. Siz bu nəcib əməlinizlə bir insan həyatının xilaskarı olursunuz. Bu, ən yüksək qiymətə layiqdir! Əminəm ki, sizin təşəbbüsünüz bu məsələyə laqeyd yanaşmayan və ölkəmizin yaxşılıq etməyə hazır olan bütün vətəndaşları tərəfindən dəstəklənəcəkdir! Çox sağ olun! ⠀ Сострадание, милосердие, гуманизм, щедрость, стремление совершать благие дела, быть рядом с теми, кто нуждается в помощи, были и сегодня продолжают оставаться нашими важнейшими жизненными ценностями. Умение нашего народа проявить солидарность, человеколюбие, внимание и заботу в дни режима особого карантина в связи с потрясшей весь мир пандемией коронавируса вызывает в каждом из нас только чувство гордости. Выражаю благодарность сотрудникам Фонда Гейдара Алиева и Центра Гейдара Алиева, принявшим участие на акции по добровольной сдаче крови, проводимой Банком крови Национального центра гематологии и трансфузиологии в целях поддержки людей, страдающих наследственными заболеваниями крови, в особенности талассемией. Своим благородным поступком вы спасаете человеческую жизнь. Это заслуживает самой высокой оценки! Уверена, ваша инициатива будет поддержана всеми неравнодушными и готовыми «творить добро» гражданами нашей страны! Огромное вам спасибо!

Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)



Azvision.az


Teqlər: MehribanƏliyeva  





Xəbər lenti