Britaniya səfiri Azərbaycana təşəkkür etdi

   Britaniya səfiri Azərbaycana təşəkkür etdi
  13 Aprel 2020    Oxunub:3960
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp koronavirusla mübarizədə dəstək məqsədilə bu ölkənin bayrağının Heydər Əliyev Mərkəzinin üzərində videoproyeksiya olunmasına görə təşəkkürünü bildirib.
Azvision.az xəbər verir ki, səfir bununla bağlı fikirlərini "Twitter" hesabında yazıb.

"Bu, həm möhtəşəm tamaşa, həm də çox səmimi jestdir. Mən Azərbaycan dövlətinə və Heydər Əliyev Mərkəzinə təşəkkür edirəm, Azərbaycan xalqına can sağlığı arzu edirəm. Bu çətin müddətdə həmrəylik göstərmək və birgə çalışmaq çox vacibdir", - deyə diplomat vurğulayıb.



Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 12-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Böyük Britaniyanın bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.

Azvision.az


Teqlər: BöyükBritaniya   Səfir  





Xəbər lenti