S-300 “Favorit” kompleksləri ilə məşqlərə başlanıldı - VİDEO

 S-300 “Favorit” kompleksləri ilə məşqlərə başlanıldı -  VİDEO
  13 Aprel 2020    Oxunub:2767
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən hava hücumundan müdafiə bölmələri hazırlıq məşqlərinə başlayıb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, S-300 “Favorit” zenit-raket komplekslərinin divizionları normativlərə uyğun olaraq marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edirlər.

Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi və şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirirlər.





Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti