Deputatlarla bağlı iddiaya cavab: "Lazım olsa, siyahını açıqlayarıq"

 Deputatlarla bağlı iddiaya cavab:    "Lazım olsa, siyahını açıqlayarıq"
  14 Aprel 2020    Oxunub:3677
Koronavirusla Mübarizəyə Dəstək Fonduna cəmi 16 deputatın vəsait ödəməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

Onun sözlərinə görə, Milli Məclisin bütün deputatları, parlament Aparatının əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 250 min manatdan çox pul köçürüblər.

"Əgər lazım olsa, bizdə siyahı var. Həmin siyahını ictimaiyyətə açıqlaya bilərik", - deyə A.Təvəkküloğlu bəzi KİV-lərdə yayılan xəbərə münasibət bildirib.

Azvision.az


Teqlər: Milli-Məclis   Deputat  





Xəbər lenti